Siyasət 14:05 27.05.2018

Emmanuel Makron Azərbaycana gəlir

Fransa prezidenti Emmanuel Makron bu ilin sonunda Azərbaycana səfər edəcək.

Qaynarinfo xəbər verir ki, bu barədə Bakıda səfərdə olan Fransanın Avropa və xarici işlər naziri Jan İv Lö Drian Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşdən sonra deyib.

"Uzun müddət idi ki, Fransa XİN rəhbəri Azərbaycana gəlmirdi.  Bu gün bu bayram ərəfəsində bizim burda olmağımız siyasi hadisədir" deyə nazir bildirib.