Xəbər lenti

Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək
İdman 09:52 16.04.2019

Çempionlar Liqasında ilk iki yarımfinalçı müəyyənləşəcək

Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk iki cavab görüşü keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, qarşılaşmalar İtaliya və İspaniyada təşkil olunacaq. "Yuventus" Hollandiya "Ayaks”ını, "Barselona” isə İngiltərə "Mançester Yunayted”ini qəbul edəcək. 

Səfərdəki ilk oyundan 1:1 hesablı heç-heçə ilə ayrılan "Yuventus”a yarımfinala yüksəlmək üçün doğma meydanda qolsuz heç-heçə də kifayət edəcək. "Ayaks” isə tarixdə ilk dəfə Turində qələbə qazanmaq üçün meydana çıxacaq. Hərçənd, amsterdamlıları 2:2-dən başlayaraq, məhsuldar heç-heçələr də qane edir. 

Gecənin digər matçına gəldikdə, evdə 0:1 hesabı ilə məğlub olan Ole Qunnar Sulşerin baş məşqçi olduğu kollektivin cavab qarşılaşmasında qələbədən başqa şansı yoxdu. "Mançester Yunayted” 20 il əvvəl məhz "Nou Kamp"da Almaniya "Bavariya"sını finalda 2:1 hesabı ilə məğlub edərək, tarixində ikinci dəfə Çempionlar Liqasının qalibi olub. Həmin görüşdə Sulşer futbolçu qismində iştirak edib. 81-ci dəqiqədə meydana daxil olan norveçli hücumçu 90+3-cü dəqiqədə komandasının qələbə topunu vurub. 

Çempionlar Liqası 
1/4 final
Cavab oyunları 

16 aprel 
23.00 Barselona (İspaniya) - Mançester Yunayed (İngiltərə) 
Baş hakim: Feliks Brix (Almaniya).
Barselona. "Nou Kamp" stadionu.

23.00 Yuventus (İtaliya) - Ayaks (Hollandiya) 
Baş hakim: Klemen Turpin (Fransa).
Turin. "Yuventus" stadionu.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->