Xəbər lenti

Ən çox korrupsiya faktı aşkarlanan qurumların adları -SİYAHI
Ölkə 13:13 23.07.2013

Ən çox korrupsiya faktı aşkarlanan qurumların adları -SİYAHI

Baş Prokurorluq ən çox korrupsiya faktı aşkarlanan qurumların adlarını açıqlayıb.

APA-nın məlumatına görə, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bu ilin 6 ayı ərzində korrupsiya cinayətləri ilə bağlı məhkəmələrə göndərilən 100 cinayət işinin 17-si özəl sektorla bağlı olub.

Bundan başqa, bank sektoru ilə bağlı 6, bələdiyyələrlə bağlı 6, təhsil sahəsi üzrə 6, ticarət sahəsi üzrə 6, təbiəti mühafizə ilə bağlı 5, səhiyyə sahəsində 4, sosial müdafiə sahəsi üzrə 3, yerli icra hakimiyyəti orqanları ilə bağlı 2, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi üzrə 1, Vergilər Nazirliyinin audit xidməti üzrə 1, məhkəmələrə dair 1, mətbuat ilə bağlı 1, Mədəniyyət və Turizm Nazirliyi ilə bağlı 1, Rabitə və İnformasiya Texnologiyalar Nazirliyi üzrə 1, "Azərenerji" 1, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi üzrə 1 və digər sahələr üzrə korrupsiya sahəsində 36 cinayət işinin istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->