Xəbər lenti

Ərdoğan 16 yaşlı çobana görə Paşinyana zəng etdi
Dünya 16:25 15.09.2018

Ərdoğan 16 yaşlı çobana görə Paşinyana zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın baş naziri Nikol Paşinyana zəng edib.

Qaynarinfo xəbər verir ki, buna səbəb 16 yaşlı çoban Umut Ali Özmənin 45 gündür Ermənistanda saxlanılması olub.

Bu il iyul ayının 24-də Qars vilayətinin Akyaka qəsəbəsində heyvan otararkən sərhədi pozaraq Ermənistan sərhədini keçən və Rusiya sərhədçiləri tərəfindən tutulub ermənilərə təhvil verilən 16 yaşlı Umut Ali Özmen Yerevan həbsxanasında döyülüb. Bu haqda yeniyetmənin atası Mustafa Özmen deyib.

Rəcəb Tayyib Ərdoğan telefon danışığında Nikol Paşinyandan Umut Alinin ekstradisiyasını istəyib. Paşinyan Ərdoğanın istəyinə müsbət cavab verib. Umut Ali sentyabrın 17-si və ya 18-i Türkiyəyə təhvil veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->