Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan 4-5 fevral tarixlərində Vatikana səfər edəcək.
Qaynarinfo Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 59 ildən sonra səfər edəcəyi Vatikanda katoliklərin lideri Papa Fransisko ilə, daha sonra isə Romada İtaliya prezidenti Sergio Mattarella ilə bir görüşəcək.
Vatikan Səfərinin ardınca Ərdoğan Vatikanın dövlət katibi Kardinal Parolini qəbul edəcək.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə, baş tutacaq görüşlərdə Türkiyə-Vatikan münasibətləri, Qüdslə bağlı məsələlər, bölgədəki problemlər, o cümlədən Suriyada aparılan əməliyyatlar müzakirə olunacaq.
Şərhlər