Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir

Ərdoğan Bakıda futbol matçını Əliyevlə birgə izləmək istəyir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin futbol üzrə milli komandasının Bakıda keçirəcəyi Avropa çempionatının oyunlarını canlı izləmək istəyir.

Qaynarinfo  xəbər verir ki, o, bu barədə Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"İyunda futbol üzrə milli komandamızın 2020-ci il Avropa çempionatı çərçivəsində Bakıda keçirəcəyi qarşılaşmaları birlikdə izləmək arzusu ilə hamınızı ehtiramla salamlayıram", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə millisi AÇ-2020-nin iki qrup oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İlk oyun iyunun 17-si Uels, növbəti matç isə iyunun 21-də İsveçrəyə qarşı olacaq.
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR