Dünya 10:58 23.09.2021

Ərdoğan Nyu-Yorkda bağlı qapılar arxasında bir sıra görüşlər keçirdi

Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra ölkə rəsmiləri danışıqlar aparıb.

Qaynarinfo xəbər verir ki, dövlət başçısının Albaniyanın Baş naziri Edi Rama, Liviya Prezident Şurasının rəhbəri Məhəmməd əl-Manfi və iraqlı həmkarı Barham Salehlə, Xorvatiyanın və Bolqarıstanın keçmiş prezidentləri Kolinda Qrabar-Kitaroviç və Petr Stoyanovla, FIFA prezidenti Canni İnfantino və Bosniya və Herseqovina Rəyasət Heyətinin keçmiş üzvü Mladen İvaniç ilə görüşləri baş tutub.

Danışıqlar Ərdoğanın ABŞ-a səfəri çərçivəsində açılış mərasimində iştirak etdiyi "Türk Evinin” yeni binasında (Türkevi) bağlı qapıları arxasında keçirilib.

Xəyal