Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın orduya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərinin məhv edilməsi barədə tapşırıq verdiyi iddia olunub.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiyanın Free News nəşri məlumat yayıb. Xəbərdə Ərdoğanın Məclisdəki çıxışına istinad edildiyi qeyd olunub.
Xatırladaq ki, Ərdoğan Türkiyə Böyük Millət Məclisinin sessiyasında çıxışı zamanı İdlibdə ən böyük problemin hava məkanından istifadə edilə bilməməsi olduğunu demiş və yaxın zamanda bunun da həll yolunu tapacaqlarını bəyan etmişdi.
Yazıda həmçinin bildirilib ki, Türkiyənin uzunmənzilli raketləri var, lakin yenə də Suriyadakı S-300 bazalarına çatmır. Ankaranın taktiki silah işlətməsi mümkündür. Amma bu tip hərəkətlər Şamın Türkiyə torpaqlarına hücumla qarşılıq verməsinə gətirib çıxara bilər.
Camal
Şərhlər