Xəbər lenti

Ərdoğan: Sərhədlərimizin təhlükəsizliyini təmin edən istənilən həll yolu məqbuldur
Dünya 21:23 08.03.2020

Ərdoğan: Sərhədlərimizin təhlükəsizliyini təmin edən istənilən həll yolu məqbuldur

Türkiyə heç vaxt Suriya torpaqlarını işğal etmək fikrində olmayıb.

Qaynarinfo Trend-ə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, Türkiyənin yeganə məqsədi - 3,6 milyon suriyalı qaçqının öz evinə qayıtması üçün təhlükəsiz şərait yaratmaqdır.

T.Ərdoğan qeyd edib ki, Ankara üçün ölkə sərhədlərinin və İdlibin əhalisinin təhlükəsizliyini təmin edən istənilən həll yolu məqbuldur.

Bundan əlavə, Türkiyə Prezidenti bildirib ki, martın 9-u Belçikada Türkiyə və Yunanıstan sərhədindəki qaçqınlarla əlaqədar Avropa İttifaqının nümayəndələri ilə görüş keçirəcək.

T.Ərdoğan Türkiyə nümayəndə heyətinin Belçikada aparacağı danışıqlarda effektiv nəticələr əldə edərək qayıdacağına ümid etdiyini vurğulayıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->