"Türkiyə qoşunları Suriyanı əməliyyat bitəndən sonra tərk edəcək".
Qaynarinfo xəbər verir ki, Rusiya prezidentinin Suriyadakı vəziyyətin nizamlanması üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyevin sözlərinə görə, bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirib. Terrorçu qruplaşmalarla mübarizə məqsədi daşıyan "Barış Pınarı" əməliyyatı müvafiq vəzifə yerinə yetiriləndən sonra yekunlaşacaq.
Qoşunların Fəratın şərqini tərk etməsi ilə bağlı tarix açıqlanmayıb.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və R.T.Ərdoğan telefonla danışıb. Yaxın dövrlərdə R.T.Ərdoğanın Rusiya səfəri gözlənilir.
Gülşən
Şərhlər