Ərdoğan və Bayden nələri müzakirə edəcəklər?..

Ərdoğan və Bayden nələri müzakirə edəcəklər?..

Hüseynbala Səlimov 

Çox güman ki, Türkiyə və ABŞ prezidentlərinin NATO -nun sammitində baş tutacaq görüşü heç də Rusiya və ABŞ prezidentlərinin görüşündən maraqsız deyil.

Bircə anlığa Suriya problemini, ümumiyyətlə, Yaxın Şərqin geosiyasi arxitekturasının incələiklərini, hətta Ankara tərəfindən Rusiyadan zenit – raket komplekslərinin alınmasını unutsaq belə, yənə də unutmaq çətindir ki, Co Bayden 1915-ci ildə Osmanlı imperiyasinda baş vermiş hadisələrlə bağlı yalançı "genosid” sözünü işlədən ilk amerikalı prezidenti oldu.

Bəli, bir neçə müddət bundan əvvəl Co Bayden özünün türkiyəli həmkarına dedi ki, yalançı "genosid” sözünü işlədəcək və elə o vaxt bildirdi ki, görüşmək və ikitərəfli məsələləri, münasibətlərin vəziyyətini müzakirə etmək lazımdır.

Qeyd etmək lazımdır ki, amerikalılar özlərinin "yaxşı müsəlman” axtarışlarını dini moizəçi F. Gülənin üzərində dayandırdıqdan sonra, xüsusən də Ankara Ruisyadan zenit-raket kompleksləri alandan sonra iki yaxın müttəfiq arasında münasibətlər korlanmışdı - əlbəttə, bəzi rusiyalı siyasətçilərin və politoloqların fikirləşdiyi qədər də yox. Son illərdə biz daha hansı” proqnoz”ları eşitmədik? Prosesə hətta Vladimir Jirinovski də qoşuldu və bəyan etdi ki, guya onunla söhbətdə Türkiyə liderləri belə deyiblər ki, onların ölkələri tezliklə NATO-nu tərk edəcəkdir!..

Ona görə də liderlər növbəti görüşə belə bir ağır "siyasu baqaj”la gedirlər. Bizim hələ müzakirəyə çıxarılacaq məsələlərin dəqiq spektri ilə bağlı hər hansı məlumatımız yoxdur, güman ki, belə dəqiqləşmə görüşdən sonra olacaqdır. Amma amerikalılar demişdi ki, görüşdə Qarabağ məsələsinə də toxunulacaqdır.

Çox ehtimal ki, bizim üçün ən çox maraq kəsb edən də elə sonuncu – Dağlıq Qarabağ məsələsidir, hərçənd, Ankara ilə Vaşinqtonun münasibətlərinin yaxşılaşması da bizim maraqlarımızdan kənarda deyil, - yox, ən birincisi, Türkiyənin təhlükəsizliyi baxımından, inincisi də, bizim də Vaşinqtonla olan münasibətlərimizin perspektivi baxımından bu məsələnin Bakı üçün də müstəsna əhəmiyyəti vardır.

Türkiyə ilə möhkəm əlaqələr qurduqca biz özümüz də bir ölkə olaraq geosiyasi baxımdan müəyyənləşirik. Təsadüfi deyil ki, NATO liderləri bizə mesajlar edirlər ki, Alyansın təcrübəsində dolayı inteqrasiya nümunələri də olubdur və bu səbəbdən də Türkiyə ilə davamlı əlaqələr qurduqca Bakı təkcə Blokun hərbi təcrübəsini əxz etmir, həm də dolayı yolla onunla yaxınlaşır da.

Bilavasitə Qarabağ probleminə gəldikdə isə, burada dəqiq qiymətləndirmələr aparmaq hələ tezdir. Amma bizim sərəncamımızda artıq Fransanın neqativ təcrübəsi var. Amma düşünürük ki, ABŞ-ın siyasi kursu daha praqmatik və funksional olacaq.

Bəli, ötən il qardaş Türkiyənin Dağlıq Qarabağ probleminin çözümündəki rolu daha güclü məzmun aldı. Məhz Ankaranın siyasi və diplomatik dəstəyi nəticəsində Bakı özünün işğal edilmiş rayonlarını qaytara bildi. Hazırda Türkiyə regionda ən real amil və mühüm siyasi vektordur. İkinci Qarabağ savaşı zamanı xaricı KİV-lərdən eşitdik ki, ABŞ-ın da məsələ ilə bağlı planları varmış və o, bölgəyə ən neytral qüvvə kimi İsveç sülhməramlılarını gətirmək istəyirmiş. Amma ümid edək ki, bu planlar artıq keçmişdə qalıb, çünki bizim üçün ən önəmlisi noyabr razılaşmalarına dəstək verilməsi, Zəngəzur dəhlizinin açılması və minalanmış ərazilərin xəritələrinin alınmasıdır.

Sülhməramlılara gəldikdəsə, burada məhşur rus məsəli yada düşür: xoşbəxtlik yox idi, amma bədbəxtlik kömək etdi! Aydın məsələdir ki, biz bölgədə rus sülhməramlılarının yerləşməsinə razılıq verməklə heç də ən yaxşı seçim etməmişik. Amma bu, ən real və optimal seçim idi, çünki qeyri hallarda atəşkəsə nail olmaq çox çətin olardı...
X
XƏBƏRLƏR
BLOGLAR