Mən xarici mətbuat kimi yalnız rus saytlarını izləyə bilirəm. Nəzər yetirdiyim o saytların əksəriyətində ermənilər Azərbaycanın və Türkiyənin əleyhinə dayanmadan yazı "axıdırlar”. Hər dəfə saxta, əldə düzəltmə sənədlər, xəritələr, süni artefaktlar ortaya qoyurlar. Dayanmadan yazırlar, düşünürsən, onlar artıq, dünya ictimaiyətini çoxdan inandırıblar ki, məsələn, Qarabağ onların doğma məkanıdır. Çünki, baxıram o yazıların çoxu hətta, Avropa, yaxud Amerika mətbuatından götürülərək rus dilinə tərcümə edilib. Bütün dünyada "erməni xəstəliyi” adlı bir termin də var, ancaq buna baxmayaraq bu parazitlər dayanmadan "işləyirlər”.
Rusların bir məşhur saytı var, orada hər cür bloger yazıları dərc edilir, yazıların altında komment yazmaq imkanı da yaradıblar. O kommentlərdə erməni yazılarını nə qədər gülüş atəşinə tutsalar da yenə bu parazitlər ruhdan düşmür, yazmağa davam edirlər.
Ermənilər Qafqaz haqda yazanda təkcə gürcülərin adını çox xəsisliklə çəkə bilirlər. Heç vaxt yerli xalq kimi bizim adımızı yazmırlar.
Azərbaycanlıların Qafqaza gəlişi haqda yazdıqları yazıların adı təxminən belə olur: "Ermənilər köçəri tayfaları Qafqaza necə buraxdılar?”, "Vəhşi türk tayfaları qədim erməni torpaqlarına hücum çəkdilər”... Və başlayırlar yazmağa ki, haylar Qafqazda qəşəng sülh içində yaşayırdılar, qəfil bu vəhşi monqol-tatarlar içəri doluşdular.
Bütün yazılarında da hayların qədim xalq olduğu haqda mütləq nəsə yazırlar. Elə bilirlər qədim xalq olanda hər şey yaxşı olur. Şəxsən mən, heç də qədim xalqın nümayəndəsi olmaq istəməzdim. Yeni, metis, gənc, sağlam xalq olmaq daha gözəldi. Yadınızda qalsın, qocalıb çürümüş bir xalqın əlindən-gözündən yaxşı bir iş gəlməz.
Özlərini qədim xalq kimi sırımaq istəyən erməni müəlliflərin yazdığı məqalə başlıqları təxminən bu cür gülünc olur: "Romalılar niyə Qədim Ermənistanla müharibə etmək istəmədi?”, "Troyalılar erməni idimi?”, "Makedoniyalı İskəndərin erməni dostu”, "Misir piramidalarında erməni memarlığı”, "İsa peyğəmbər ermənicə danışıb”, "Erməni Hamurapinin kitabı” və s...
Bizimkilərdən isə bircə nəfər belə, xarici mətbuata çıxıb məqalə yazmır. Qərb mediası bir yana, heç Rusiya mediasında da bircə nəfər daimi yazanımız yoxdu. Bu fonda diaspora təşkilatlarımız çox ölgün görünürlər...
Yadımdadı, doxsanıncı illərdə "Meydan dövrü”ndə, heç olmasa, rus müəllifi Vasili Veliçkonun "Qafqaz: Rus işi və tayfalararası məsələlər" kitabının bir hissəsini Azərbaycan dilinə tərcümə edib yaymışdılar. O kitabda Rusiya-İran müharibəsindən sonra, 1828-ci ildə Türkiyə və İrandan erməni ailələrinin Qriboyedovun başçılığı ilə Qarabağa gətirilməsi haqda yazılmışdı. Yazıda Qriboyedovun rus çarına göndərdiyi tarixi məktub da yer alırdı.
Erməni ailələrinin üstündə gələn Qriboyedov öz məktubunda köç prosesini bütün təfsilatı ilə ərz etmişdi. Yadımdadı, Qriboyedov ermənilərin həyasızlığı, yerli azərbaycanlıları öz evlərindən didərgin salmaları haqda da söz açmışdı. Qriboyedov ermənilərin Qarabağa müvəqqəti köç etdiyini deməklə yerli əhalini aldadaraq sakitləşdirdiyini də çara məktubunda bildirmişdi.
Deyirəm, heç olmasa, bu cür kitablardan tərcümə edib vaxtaşırı, həm Azərbaycan əhalisi üçün öz dilimizdə, həm də Qərbdə və Avropa ölkələrində çap etdirib beynəlxalq tədbirlərdə paylamalıyıq ki, qafillərin bu tarixdən xəbəri olsun.
Çarizmin Qafqazda həyata keçirdiyi müstəmləkəçilik siyasətinin mərkəzində XIX əsrin əvvəllərində Türkiyə və İran ərazisindən ermənilərin Qafqaza, xüsusilə də Qərbi Azərbaycana və Qarabağa köçürülməsi dururdu.
Məhz 1804-1813 və 1826-1828-ci illərdə Rusiya-İran müharibələrindən sonra ermənilərin Cənubi Qafqazda, o cümlədən Qarabağda yerləşdirilməsi nəticəsində burada onların sayı ildən-ilə artmağa başladı.
Yuxarıda qeyd edilən müharibələr başa çatdıqdan sonra Rusiya ilə İran arasında bağlanan Türkmənçay çülh müqaviləsinin şərtlərinə görə, ermənilərin İran ərazisindən maneəsiz köçürülməsinə icazə verildi. Ermənilərin Cənubi Qafqaza, o cümlədən Qarabağa köçürülməsi məsələsində çar hökumətinin əsas məqsədi Qafqazda demoqrafik vəziyətə təsiri ilə əlaqədar idi. Başqa bir rus müəllif, Tiflis Vətənpərvər Cəmiyyətinin sədri N. N. Şavrov yazırdı: «Biz Zaqafqaziyada müstəmləkəçilik siyasətinə rus əhalisinin buraya köçürülməsi ilə deyil, bizə əlaltı olacaq xalqların yerləşdirilməsindən başladıq. 1828-ci ildən 1830-cü ilə kimi biz Zaqafqaziyaya İrandan 40 mindən çox, Türkiyədən isə 84 mindən çox erməni köçürdük. Onları erməni əhalisinin azlıq təşkil etdiyi Yelizavetpol (Gəncə quberniyası) və İrəvan quberniyalarının ən yaxşı xəzinə torpaqlarında yerləşdirdik. Köçürülmüş ermənilərə 200 min desyatindən çox xəzinə torpağı ayırdıq. Bundan başqa yerli müsəlmanlara 2 milyon manatdan çox pul ödəyib xüsusi sahibkar torpağı aldıq və köçkün ermənilərə bağışladıq. Yelizavetpol (Gəncə) quberniyasının dağlıq hissəsi (Qarabağın dağlıq hissəsi nəzərdə tutulur) və Göyçə gölünün sahili də həmin köçkün ermənilər tərəfindən zəbt edilmişdi…
Qeyri-rəsmi köçənlərlə birlikdə köçüb gələnlərin ümumi sayı 200 mini ötüb keçdi. Bu köçürmələr nəticəsində XX yüzilliyin başlanğıcında Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyonundan çoxu bu diyarın «köklü sakinləri» yox, bizim köçürdüklərimizdir”. (Şavrov N.N. "Zaqafqaziyada rus işlərinə yeni təhlükə”. S-Peterburq, 1911, s. 59-61). (Шавров Н.Н. "Новая угроза русскому делу в Закавказье”. СПб., 1911, с. 59-61).
Nəysə. Fikrimi bu yerdə tamamlayaraq demək istəyirəm ki, özümüz yaza bilməsək də, heç olmasa qarşı tərəfin yazdığı bu cür tarixi etiraf kitablarını mütəmadi olaraq çap etdirməliyik. Şeir-qəzəl kitablarına biraz ara verməliyik, yəqin ki…
Murad Köhnəqala
Şərhlər