Ohayo Ştat Universitetinin alimləri neyromorf çiplərin istehsalında istifadə olunan nadir torpaq metallara qeyri-adi bir alternativ tapıblar.
Qaynarinfo xəbər verir ki, onlar bahalı və çətin əldə olunan materiallar əvəzinə şiitake göbələyinin miceliumundan (göbələk sap sistemi) istifadə etməyi təklif ediblər və onun əsasında artıq susuzlaşdırmaya və radiasiyaya davamlı işlək memristorlar hazırlayıblar.
Neyromorf prosessorlar insan beyninin effektivliyini, elastikliyini və paralel məlumat emalını təqlid edən qurğular kimi hazırlanır.
Memristorlar isə elektrik zəncirinin əvvəlki vəziyyətlərini "yadda saxlayan” cihazlardır və onlar neyromorf sistemlərin əsas elementləri hesab olunur. Lakin bu cihazların istehsalı nadir materiallar və mürəkkəb texnologiyalar tələb etdiyindən sahənin inkişafını ləngidir.
Ohayo alimləri göstəriblər ki, şiitake göbələklərinin miceliumu ucuz və ekoloji cəhətdən təmiz əvəz ola bilər. Göbələk miceliumu təbii keçiriciliyə malikdir və neyron impulslarına bənzər adaptiv elektrik aktivliyi göstərə bilir.
Alimlər miceliumu qurudub yenidən nəmləndirərək onun sabit xassələrini əldə ediblər və laboratoriyada müxtəlif gərginlik və tezliklərdə sınaqdan keçiriblər.
Nəticə heyrətamiz olub - göbələk memristoru 5850 Hz-ə qədər tezlikdə və təxminən 90% dəqiqliklə əməli yaddaş kimi işləyib. Bundan başqa, bu komponentlər radiasiya və susuzlaşdırmaya qarşı davamlı çıxıb ki, bu da belə sistemlərin kosmosda istifadəsi üçün faydalı ola bilər.
Bundan əvvəl xəbər verilmişdi ki, IBM adi AMD çiplərini kvant kompüterlərinin vəzifələrini yerinə yetirməyə öyrədib. Şirkətə kvant kompüterlərinin səhv korreksiyası alqoritmini işə salmaq müyəssər olub.
Alpər
Şərhlər