Ərdoğan yenə Dəməşqi hədələdi: Həftənin sonunu gözləyin...

Ərdoğan yenə Dəməşqi hədələdi: Həftənin sonunu gözləyin...

Rəcəb Tayyib Ərdoğan fevral ayının sonuna qədər Suriya ordusunun İdlibdəki müşahidə postlarından uzaqlaşmayacağı təqdirdə, Türkiyənin bunu öz gücüylə etmək niyyətində olduğunu təsdiqləyib. 

Qaynarinfo bu haqda "Reuters” istinadla xəbər verir. Türkiyə prezidentinin sözlərinə görə, İdlibdə onun ordusu humanitar böhranın qarşısını almaq üçün bütün tədbirləri görür, lakin Rusiya bunu görmək istəmir.

"Ankara bölgədəki təmas xəttinin arxasında qalan müşahidə postlarını azad edərək onlara özü yiyələnəcək. Suriya ordusu o postlardan qovulacaq", - Ərdoğan bunun həftənin sonuna qədər baş verəcəyini bildirib.

Türkiyə liderinin fikrincə, əsas problem hava məkanından istifadənin mümkün olmamasıdır. "Ümid edirəm ki, tezliklə bir həll yolu tapacağıq", - prezident əlavə edib.
 
Alpər
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR