Ərdoğanın ingiliscə sualına Peskovdan türkcə cavab (VİDEO)
Rusiyanın "Rossiya" kanalı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçi səfəri zamanı Kreml sözçüsü Dmitri Peskovla olan ingiliscə-türkcə dialoqunu yayımlayıb.
Qaynarinfo-nun xarici KİV-ə istinadən məlumatına görə, Putinlə görüşdükdən sonra prezident iqamətgahının önündə Peskovla qarşılaşan Ərdoğan ona "Peskov, How are you?" deyib. Peskov isə Türkiyə prezidentinə türkcə "Xoşgəldiniz" cavabını verib.
Ərdoğan Pekovun türkcə bildiyini xatırlayaraq, daha sonra "Sənə mən niyə yaxşısanmı demirəm", - deyə bildirib.
Türkiyə prezidenti ilə rus sözcü arasındakı maraqlı dialoqu sizlərə təqdim edirik:
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər