Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı olub.
Qaynarinfo "Anadolu” agentliyinə istinadən xəbər verir ki, tərəflər Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətini, həmçinin Liviya və Suriyadakı vəziyyəti müzakirə ediblər.
Ərdoğan Dağlıq Qarabağda yenidənqurma işlərinin davam etdiyini, nəqliyyat-kommunikasiya xətlərinin məhsuldarlığı üçün 3 ölkə mütəxəssislərinin bir araya gələ biləcəyini bildirib.
Dövlət başçısı qeyd edib ki, dövlət başçısı vurğulayıb ki, Qarabağda atəşkəsin qorunması üçün bütün mövzularda birgə səylərin olması vacibdir: "Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsini layiqincə yerinə yetirir”.
Şərhlər