Xəbər lenti

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər
Ölkə 21:52 16.01.2018

Ərəblər Azərbaycanda otel biznesi qurmaq istəyirlər

Ərəb investorları Azərbaycanda otel biznesinə, xüsusilə "ekonom" seqmentində otellərə maraq göstərirlər.

Bunu Trend-ə Azərbaycan Otellər və Restoranlar Assosiasiyası İdarə Heyətinin sədri Samir Dübəndi deyib.

Onun sözlərinə görə, bununla belə, hələlik Azərbaycanda otellərin satın alınması barədə faktlar olmayıb: "Bizdə hansısa Azərbaycan otelinin ərəb investorlar tərəfindən alınması barədə məlumat yoxdur, amma onların marağı var. Ötən il Səudiyyə Ərəbistanından investorlar bizə müraciət ediblər. Onlar "ekonom" kateqoriyalı - iki və üçulduzlu otellərlə maraqlanıblar. Amma bizə məlum olmayan səbəblərdən razılıq əldə olunmayıb".

Assosiasiya rəhbəri qeyd edib ki, hazırda Azərbaycanda ərəb investorlara məxsus otellər qeydiyyatda mövcud deyil: "Hazırda Assosiasiya turistlərin yerləşdirilməsi ilə məşğul olan obyektlərin reyestrinin tərtib olunması ilə məşğul olur. Biz artıq Bakı üzrə işimizi başa çatdırmışıq, indi regionlarda işimizi davam etdiririk. Demək istəyirəm ki, indiyədək ərəblərə məxsus və ya onların idarə etdiyi otellər qarşımıza çıxmayıb".

S.Dübəndi həmçinin bildirib ki, hazırda ərəb investisiyasının otel biznesinə cəlb olunmasına zərurət yoxdur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->