"Nyukasl"ın baş məşqçisi Stiv Brüs posundan gedib.
Qaynarinfo xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssislə yollar qarşılıqlı razılıq əsasında ayrılıb.
"Nyukasl" Premyer Liqanın geridə qalan 8 turunda 3 dəfə heç-heçə edib, 5 yenilgi alıb. Hazırda 19-cu pillədə yer alan klub Səudiyyə Ərəbistanında bir konsorsiuma 300 milyon funt-sterlinqə satılıb. Konsorsium klubun səhmlərinin 80 faizinə yiyələnib. Bu üzdən "Nyukasl"la bağlı səlahiyyətlər Səudiyyə Ərəbistanı hökümətində deyil, konsorsiumda olacaq.
1892-ci ildə yaradılmış "Nyukasl" daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 il Nyukasl təmsilçisinə rəhbərlik edib.
Şərhlər