Erməni baş məşqçiyə oyun zamanı diri xoruz atıblar (VİDEO)
Rusiyanın "Luç-Energiya" futbol komandasının baş məşqçisi Aleksandr Qriqoryana oyun vaxtı diri xoruz atılıb.
Qaynarinfo-nun report-a istinadən məlumatına görə, hadisə I Divizionda XXXIII turun "Fakel" komandası ilə səfər qarşılaşmasında baş verib. Erməni baş məşqçini aşağılayan şəxsin Vladivostok komandasının azarkeşi olduğu bildirilir. Qriqoryanla münaqişədə olan həmin şəxs tutularaq, stadiondan çıxarılıb. Baş məşqçi isə özünü piss hiss etdiyi üçün oyunsonrası mətbuat konfransına qatılmayıb.
Qeyd edək ki, Voronejdə keçirilmiş görüş "Fakel"in qələbəsi ilə yekunlaşıb - 3:1. Meydan sahiblərinin heyətində qış fasiləsinədək azərbaycanlı yarımmüdafiəçi Samir Məsimov da çıxış edib. Lakin o, fevralda transferə çıxarılıb.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər