Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general Yuri Xaçaturova qarşı ittiham irəli sürülüb.
Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.
Yuri Xaçaturov konstitusiya quruluşunu devirməkdə ittiham olunur. İstintaq Xidməti onun barəsinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatətlə müracit edib. KTMT-nın baş katibi 2008-c il martı 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işi üzrə Xüsusi İstintaq Xidmətinə çağırılıb.
Şərhlər