Saytın istifadəçiləri bir neçə saat ərzində millətçi ekstremist çağırışlarla qarşılaşıblar
Avqustun 17-də Azərbaycan Kinoloqlar İctimai Birliyinin saytı erməni hakerlərin hücumuna məruz qalıb.
Saytın istifadəçiləri bir neçə saat ərzində millətçi ekstremist çağırışlarla qarşılaşıblar. Bu barədə AzərTAc-a Azərbaycan Kinoloqlar İctimai Birliyindən məlumat veriblər.
Kinoloqlar İctimai Birliyinin www.kinolog.az saytı təşkilatın rəsmi internet-resursudur və Azərbaycanda kinologiya haqqında məlumatları, ölkəmizdə keçirilən kinoloji tədbir və yarışların mümkün reqlamentlərini əks etdirir.
Xatırladaq ki, Azərbaycan Kinoloqlar İctimai Birliyi 2006-cı ildən Beynəlxalq Kinoloqlar Federasiyasının (FCİ) üzvüdür. Bu il təşkilatın üzvlük statusu assosiasiyalı üzv səviyyəsinə yüksəlib. Ermənistan FCİ-nin üzvü deyildir.
www.kinolog.az saytı 2006-cı ildə yaradılıb və üç dildə fəaliyyət göstərir. Hazırda saytın bir milyondan çox istifadəçisi vardır.
Qaynar.info
Şərhlər