Erməni politoloq: “Nikolu vuracaqlar, yaxşısı indidən qaçsın...”

Erməni politoloq: “Nikolu vuracaqlar, yaxşısı indidən qaçsın...”

"Nikolu vuracaqlar”. 

Qaynarinfo xəbər verir ki, bu barədə erməni politoloq Ağasi Yenokyan öz Feysbuk səhifəsində yazıb.

"Nikol artıq sahiblərinə itaətsizlik edib onları təpikləməyə başlayıb, ona görə də daha ona etibar olunmur, daha ona ehtiyac yoxdur.

Nikol sənədi imzalayandan sonra vurululacağını yaxşı anlayır, amma imzalamamaq belə onu xilas etməyəcək, kağızı ona imzalatmağın yolunu tapacaqlar.
Üstəlik, Nikol bir çox sirləri bilir, bəziləri ona aid deyil. O isə qorxaq və boğazıyırtıqdır, vurlmayıb həbs olunsa belə, heç kimə lazım olmayan bu sirləri şantaj üçün açıqlamağa başlayacaq, ancaq onu sərçə kimi ötməyə qoymayacaqlar.

Paşinyanın sıradan çıxarılması hökuməti dəyişməyin ən sadə yoludur. Belə ki, Nikolun cangüdənləri onu ancaq daxili hücumlardan və müxalifətdən qoruya bilir, xarici xüsusi xidmət orqanlarına qarşı acizdir. Onun bir çox mühafizəçiləri əcnəbilərdir və onların tərəfindən məhv ediləcəyi variantı da istisna edilmir. Yeri gəlmişkən, adını "qəza” və ya "sağlamlıq” qoya bilərlər.  

Nikolun çıxış yolu nədir? O, vurulmaqdan qurtulmaq üçün alternativ nə edə biləcəyini başa düşməlidir. O, 2008-ci ildən Ermənistandan qaçmağın gizli yollarını bilir, məsləhətlisi isə qoy köhnə yollarını bərpa edib ölkədən qaçsın.

Əks halda Ermənistanın milli təhlükəsizliyi üçün ən mühüm təhdid olan təzyiqlər daha da güclənəcək”.

Telman
XƏBƏRLƏR
BLOGLAR
X