Dağlıq Qarabağ separatçılarının lideri Bako Saakyan noyabrın 24-də ABŞ-ın Los-Anceles şəhərində “Telemarafon-2013” çərçivəsində keçirilən tədbirə qatılıb.
“Media forum” saytının məlumatına görə, tədbirdə çıxış edən Saakyan Dağlıq Qarabağın sosial-iqtisadi inkişafı prosesindən və Vardenis-Mardakert (Basarkeçər-Ağdərə) magistral yolun (Kəlbəcərdən keçir) tikintisindən danışıb. Marafonda yığılan pul bu yolun salınmasına xərclənəcək.
Noyabrın 21-də Fransanın paytaxtı Parisə səfər edən Saakyan “Telemarafon-2013” çərçivəsində keçirilən ümumavropa fonotonu (telefon marafonu) təşkil edən “Hayastan” dünya fondunun ofisində olmuşdu. Ən son məlumata görə, Fransada noyabrın 24-nə qədər davam etmiş telefon marafonunda 1 milyon 460 min avro vəsait yığılıb.
Qaynar.info
Şərhlər