Ölkə 13:41 22.06.2021

Ermənilər Amaras monastırını ziyarət etdi

Rusiya sülhməramlılarının müşayiəti ilə Qarabağda yaşayan bir qrup erməni zəvvar Amaras və Qandzasar (Gəncəsər - red.) monastırlarını ziyarət edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Rusiya sülhməramlı kontingentinin hərbçiləri erməni zəvvarların monastırı ziyarət zamanı müşayət edir və onların təhlükəsizliyini həyata keçirir. Bu gün Xankəndindən 150-dən çox zəvvar müşayiət edilib", - açıqlamada vurğulanıb.