Ölkə 14:19 17.10.2020

Ermənilər Bakını "İsgəndər" silahı ilə vurmaqla hədələyirlər

Erməni silahlı qüvvələrini Azərbaycan Ordusu qarşısında tab gətirməyib geri çəkildiyini görən ermənilər sosial şəbəkələrdə aktivləşib.

Trend-in məlumatına görə, onlar sosial şəbəkələrdə Gəncə şəhərindəki növbəti erməni terroru barədə olan canlı yayınlarda şərh yazaraq ermənilərin Bakını vuracağı ilə hədələyirlər.

Erməni istifadəçilər Ermənistanda olan "İsgəndər" silahı ilə Bakının vurulacağını bildirir, ermənilərin törətdikləri terrora haqq qazandırırlar.