Ermənilər “fake” videoları necə hazırlayır? (VİDEO)

Ermənilər “fake” videoları necə hazırlayır? (VİDEO)

Ermənistanın rəsmi və qeyri-rəsmi məlumat mənbələri üçün saxta, ya müasir dillə desək "fake” məlumatların yayılması adi hal olub. "Fake” xəbərlər və saxta videolar erməni tərəfinin informasiya müharibəsinin əsas silahına çevrilib.

Son bir ayda Azərbaycan sərhədçisi formasında suriyalı silahlıların olması mövzusu Ermənistan hakimiyyət orqanlarının Rusiya və Qərbin bir sıra mediasında yayılan sevimli "fake”lərindəndir. Erməni təsiri altına düşən əcnəbi jurnalistlər də bu məlumatlara inanır və hətta yoxlamağa belə tənəzzül etmirlər.

Məsələn, materiallarda gedən "muzdluların” adlarının bir neçə il əvvəl öldürülən suriyalıların açıq siyahısında olduğu dəfələrlə sübut edilib.

Bu günə qədər erməni tərəfi nəinki əhəmiyyətli dəlillər təqdim etməyiblər, hətta İŞİD üzvü olan suriyalı terrorçuların marketlərə soxularaq araq şüşələrini qırdıqları, bundan başqa "öldürülən muzdluların” cəsədlərinin "Araks bataqlığında” qabanların parçaladığına dair ağlasığmaz ifadələri ilə məşhur olublar.

Sonra informasiya məkanını Ermənistan hakimiyyətinin əsassız açıqlamalarını guya təsdiqləyən saxta video kliplər dalğası bürüdü. Halbuki belə bir videonun hazırlanması çox zəhmət tələb etmir, bunun üçün Suriyadakı döyüşlər haqqında internetdə tapılması asan olan video materiallardan istifadə etmək, sonra titrlər qoymaq və redaktə etmək kifayətdir. Yaxşı səy göstərilsə, peşəkar səs aktyorluğu və səhnə qurmaqla daha inandırıcı material yaratmaq mümkündür.

"Karabakh is Azerbaijan” "Telegram” kanalının təşəbbüs qrupunun hazırladığı nümunədə terrorçular barədə "fake” materialı hazırlamağın nə qədər asan olduğunu görmək olar.

Mənbə: Oxu.az

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR