Ermənilərin atdığı top mərmisi Ağdamda daha 1 nəfərin ölümünə səbəb olub.
APA-nın xəbərinə görə, ermənilərin ağır artilleriyadan atdığı mərmi rayonun Qaradağlı kəndinə düşüb. Nəticədə 1997-ci il təvəllüdlü Sarıyev Elməddin Hümbət oğlu yaralanıb.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Şərhlər