Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlandı (FOTO)

Ermənilərin ərazilərimizdə basdırdıqları minalar, patronlar aşkarlandı (FOTO)

Yanvarın 25-26-da Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə Ağcabədi, Goranboy, Qubadlı, Zəngilan, Tərtər, Tovuz rayonları və Şuşa şəhəri ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin "102” Xidməti-Zəng mərkəzi sistemindən doqquz müraciət daxil olub.

Agentlikdən verilən məlumata görə, daxil olmuş doqquz çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 10 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 174 ədəd partlamamış hərbi sursat (PHS), 38 ədəd piyada əleyhinə mina, 26 ədəd tank əleyhinə mina, 1 ədəd bombacıq, 12 889 ədəd müxtəlif çaplı patronlar və 13 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 13 890 780 kv.m (1 389 ha) ərazi yoxlanılıb, 118 km-dən çox yol mina və partlamamış hərbi sursatlardan təmizlənilib, 291 tikili yoxlanılıb.

Agentliyin partlayış qrupu tərəfindən 246 ədəd partlamamış hərbi sursat (PHS) və 396 ədəd mina zərərsizləşdirilib, mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 97 398 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR