Ölkə 18:10 30.11.2020

“Ermənilərin ev heyvanlarını güllələməsi...” – Hüquq müdafiəçisi

"Onların bu hərəkəti bizim qanunlarımıza görə cinayət hesab olunur. Bu faktlar üzrə cinayət işləri açılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Əkrəm Həsənov Laçın rayonunda ermənilərin evlərə od vurub, ətraf əraziləri yararsız vəziyyətə salması və ev heyvanlarını güllələməsindən danışarkən deyib. Vəkil qeyd edib ki, onların ğüllə ilə öldürdüyü ev heyvanlarıdır:

"Bu, ermənilərin mülkiyyətidir. Öz mülkiyyətləri ilə istədikləri kimi davrana bilərlər. Amma əgər bu heyvanlara işgəncə verməklə müşahidə olunarsa, cinayət hesab olunur".  
 
 

Əkrəm Həsənov bildirib ki, Azərbaycan qanunvericiliyə görə, heyvanlara işgəncə vermək olmaz.

Qeyd edək ki, ermənilərin Laçın rayonundan çıxarkən evlərə od vurub, ətraf əraziləri yararsız vəziyyətə salıb və ev heyvanlarını güllə ilə öldürməsi ilə bağlı internet şəbəkələrində faktlar yayılıb.

Bahar Rüstəmli