Xəbər lenti

Ermənistan Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub
Dünya 12:10 14.03.2019

Ermənistan Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub

Ermənistan Baş Prokurorluğu 2018-ci il korrupsiya ilə mübarizə üzrə hesabatı yayımlayıb.

Qaynarinfo xəbər verir ki, ötən il Ermənistanda dövlət məmurlarının adlarının çəkildiyi dələduzluq hallarına görə 189 məsələ araşdırılıb və 145 cinayət işi açılıb. Bu rəqəm, 2017-ci illə müqayisədə müvafiq olaraq 23,6 və 29 dəfə çoxdur. Ümumilikdə 63 nəfərə qarşı 206 cinayət işi başlanılıb və 13 rəsmi şəxsin işi məhkəməyə göndərilib. Bu, 2017-ci illə müqayisədə 85,7% çoxdur.

2017-ci ildə dövlət əmlakının mənilmənilməsinə görə 377 məsələ araşdırılmışdı, 2018-ci ildə bu rəqəm 447-yə çatıb. Dövlət əmlakının mənimsənilməsi işi üzrə 487 cinayət işi araşdırılıb, 2017-ci illə müqayisədə 2 dəfə çox, yəni 171 nəfər cinayət məsuliyətinə cəlb edilib.

2017-ci ildə vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına görə 67, 2018-ci ildə isə 164 məsələ araşdırılıb, 3 iş məhkəməyə göndərilib. 

Ermənistanda 2018-ci ildə korrupsiya cinayətlərinin sayı ötən ildən 3,6 dəfə çox olub və dövlət büdcəsinə 9,4 milyon dollar ziyan dəyib. 

Rüşvətxorluq və bu işdə vasitəçilik edənlərə qarşı 2017-ci ildə 63, 2018-ci ildə isə 197 məsələ araşdırılıb. Müvafiq olaraq 57 və 153 cinayət işi açılıb. Oxşar cinayətlərə görə 2017-ci ildə 148, 2018-ci ildə 282 məsələ araşdırılıb.

2018-ci ildə Ermənistan Polisinin 17, Dövlət Gəlir Komitəsinin 14, Milli Təhlükəsizlik Xidməti və Ermənistan Silahlı Qüvvələrinin 4, İstintaq Komitəsinin 10, Ədliyyə Nazirliyinin cəzaçəkmə müəssisələrinin 15, Sosial Təminat Nazirliyinin 56, səhiyyə idarələrinin 14, təhsil müəssisələrinin 35, yerli özünüidarəetmə orqanlarının 73, Müdafiə Nazirliyinin 131 əməkdaşı həbs olunub. 

Gülşən

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->