Ermənistan revanşistləri bundan sonra necə hərəkət edəcək? (RƏY)

Ermənistan revanşistləri bundan sonra necə hərəkət edəcək? (RƏY)

"Revanşistlər bundan sonra çalışacaqlar ki, Azərbaycanla Ermənistan arasında münasibətlər tənzimlənməsin”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə bundan sonra Ermənistanda revanşistlərin öz fəaliyyətini necə quracağına aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, revanşistlərin Nikol Paşinyana qarşı hücumları davam edəcək:
 
 

"Ədavətin qalmasını istəyəcəklər. Azərbaycanla münasibətləri normalaşdırmağa çalışan baş nazirə qarşı hücumlar davam edəcək. Parlamentdə təhqiramiz, Azərbaycanla əzəli düşmən olmaq barədə çıxışlar olacaq. Revanşistərin çörəyi bundan çıxır. Buna görə də fəaliyyətlərini davam etdirəcəklər ki, çörəklərini qazansınlar”.
 
Bahar Rüstəmli
X
XƏBƏRLƏR
BLOGLAR