Siyasət 10:19 10.06.2021

Ermənistan: Seçkidə birinin digərindən öndə olması həlledici deyil...

"Seçkidə birinin digərindən öndə olması həlledici deyil. Həlledici olan hökumət qurmaq üçün lazım olan çoxluğu əldə etməkdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Araz Aslanlı Ermənistanda iyunun 20-də keçiriləcək seçki hazırlıqlarından danışarkən deyib. Politoloq qeyd edib ki, Ermənistanda rusiyalı keçmişindən bezənlər Rusiya ilə yenidən birlikdə olmağı düşünənlərdən çoxdurlar:

"Amma seçkiyə az qalıb. Yenə də hər gün bir nəticə yarana bilər. Xüsusən yeni müstəqil olan dövlətlərdə günlük, hətta bəzən anlıq hadisələr belə ictimai rəyə təsir edir. Məncə, hələ də  Paşinyan, Koçaryan və başqaları baxmayaraq ki, ayrı-ayrı komanda kimi görününlər və "Ermənistan Qarabağ probleminin əsiri olmamalıdır” kimi düşünənlərin nisbəti daha çoxdur, bu nisbətin azalması üçün təbii ki, xarici və daxili təşəbbüslər var”.

Politoloq hesab edir ki, eks-prezident Robert Koçaryanın təkbaşına hökumət qurmaq ehtimalını zəif görür:

"Burada keçmişə necə baxdıqlarından çox gələcəyə necə baxacaqlarına dair məsələlər önə çəkiləcək”.

Bahar Rüstəmli