Xəbər lenti

Ermənistan vətəndaşları axtarışa verildi
Dünya 11:01 27.07.2013

Ermənistan vətəndaşları axtarışa verildi

Rusiya 9 Ermənistan vətəndaşı barəsində beynəlxalq axtarış elan edib.

APA-nın məlumatına görə, bu barədə İnterpolun rəsmi internet səhifəsində məlumat yerləşdirilib.

Məlumata görə, Rusiyanın hüquq-mühafizə və məhkəmə orqanları tərəfindən axtarılan ermənilər – 48 yaşlı Grişa Aleksanyan qanusuz silah gəzdirmə və xüsusi amansızlıqla adam öldürmə, 30 yaşlı Razmik Matevosyan sağlamlığıa ağır zərər vurma, 27 yaşlı Lavrentiy Şahinyan sağlamlığa ağır zərər vurma və xuliqanlıq, 37 yaşlı Alik Çatoyan xuliqanlıq, 36 yaşlı Arsen Daniyelyan oğurluq və saxtakarlıq, 43 yaşlı Sergo Sargisyan, 28 yaşlı Aşot Tatoyan, 56 yaşlı Mkrtçyan Ogannes və 46 yaşlı Karen Gevorgyan isə ağır cinayətlərdə təqsirli bilinirlər.

Rusiya Federasiyasının hüquq-mühafizə orqanları adıçəkilən ermənilərin tutularaq istintaqa cəlb edilməsi üçün İnterpola müraciət edib.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->