Xəbər lenti

Foto 18:25 22.11.2020

Ermənistana dəstək üçün Qarabağa gedən yunan idmançı ölüb (FOTO)

Dağlıq Qarabağda gedən döyüşlərdə işğalçı Ermənistan ordusu sıralarında Azərbaycan ordusuna qarşı vuruşmaq üçün bölgəyə yollanmış Yunanıstan vətəndaşı olan idmançı qardaşlardan biri ölüb.

Qaynarinfo xəbər verir ki, bu barədə "Milliyet” məlumat yayıb.

Yunan jurnalist Krikor Tsakitziyana bildirir ki, Dağlıq Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra Yunanıstandan olan qardaşlar - bu ölkənin ordusunun xüsusi təyinatlı birləşmələrində xidmət keçmiş idmançılar Ermənistana üz tutub.

Onlardan birinin döyüşlər zamanı öldürüldüyü qeyd olunur. Digər qardaşın isə cənazə ilə birlikdə ölkəsinə qayıdacağı bildirilir.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?