Xəbər lenti

Ermənistanda ara qarışdı: Paşinyandan sonra 2 millət vəkili də həbs olundu (VİDEO/YENİLƏNİB)
Video 16:07 22.04.2018

Ermənistanda ara qarışdı: Paşinyandan sonra 2 millət vəkili də həbs olundu (VİDEO/YENİLƏNİB)

Müxalifət partiyasının lideri Nikol Paşinyandan sonra müxalifətçi millət vəkilləri Sasun MikaelyanArarat Mirzoyan da həbs olunub.
 
Qaynarinfo news.am-a istinadən xəbər verir ki, Ermənistan Baş Prokurorluğu faktı təsdiqləyib. Polis aksiyaları bitirməyi, mitinqin qanundankənar olduğunu və etirazçıların evlərinə dağılmalı olduqlarını açıqlayıb.

Aksiya iştirakçılarının sözlərinə görə Paşinyan, millət vəkilləri Mirzoyan və Mikaelyan mitinq yerindən sorla aparılıb.

Qeyd edək ki, bazar günü müxalifət partiyasının lideri Nikol Paşinyan baş nazir Serj Sarkisyanlar görüşüb. Sarkisyan ona istefasının tələb edilməsinin dövlətə və rəsmilərə qarşı şantaj olduğunu və söhbətə davam etmək istəmədiyini bildirərək səhnəni tərk edib. Paşinyan isə Serj Sarkisyan istefa edənə qədər etiraz aksiyalarının davam etdiriləcəyini bildirib.

***12.58

Ermənistanın paytaxtı Yerevanda polis etiraz aksiyasını dağıdıb.

Qaynarinfo xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, polis etirazçılara qarşı xüsusi vasitələrdən istifadə edib və onlara qarşı güc tətbiq etməyə başlayıb. Onlarla aksiyaçı saxlanılıb.

Asayiş keşikçiləri polis kordonu yaradıblar. Vəziyyət daha da gərginləşib. 
 
***12.13

Bu gün Yerevanda etirazçıların lideri Nikol Paşinyanla Serj Sarkisyan arasında nəticəsiz bitən görüşdən az sonra polislə etirazçılar arasında qarşıdurma baş verib.

Qaynarinfo-nun Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, İrəvanın mərkəzi küçələrinin birində Paşinyanın da daxil olduğu etirazçıların yürüşünü polis dayandırmağa cəhd edib. Baş verən qarşıdurma nəticəsində polis çox saylı səs bombaları atıb. Çoxlu zərəçəkənin olduğu bildirilir, hadisə yerinə təcili yardım maşınları gəlib.

Qarşıdurma zamanı polis həmçinin Nikol Paşinyanı da həbs edərək, naməlum istiqamətdə aparıb.

Ötən gecədən isə etiraz yürüşlərinin bir çox təşkilatçıları da polis tərəfindən nəzarətə alınıb. Ümumiyyətlə, həbs olunanlarının sayının yüzlərlə olduğu bildirilir.

Qeyd edək ki, Ermənistan parlamentinin deputatı və müxalifət lideri olan Nikol Paşinyanın rəhbərliyi ilə 10 gündür ki, etiraz yürüşləri davam edir. Onlar Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir seçilməsinə etiraz edir və onun istefa verməsini tələb edirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->