Ermənistanın Qafan rayonunda Mane Movsisyan adında hərbi qulluqçu həbs olunub.
Qaynar.info-nun erməni mətbuatına istinadən verdiyi məlumata görə, həbs olunan hərbçi qadın Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur.
Erməni mətbuatının Ermənistan xüsusi xidmət orqanlarına istinadən verdiyi xəbərdə bildirilir ki, Movsisyan 2012-ci ildə "odnoklassniki", mail.ru agent və "facebook" səhifələrində özünü S.Dr, Seyran Dervisyan və Tiqran Dervisyan kimi təqdim edən və Türkiyədə yaşadığı bildirilən Azərbaycan xüsusi xidmət orqanlarının əməkdaşı ilə tanış olub və onunla yazışmağa başlayıb.
Onun Azərbaycan tərəfinə mühüm məlumatlar, o cümlədən hərbi sirləri ötürdüyü bildirilir.
Onun dəqiq hansı məlumatları ötürdüyü məlum deyil.
Qaynar.info
Şərhlər