Xəbər lenti

Ermənistanı kütləvi etirazlar bürüyür -FOTOLAR
Dünya 17:08 04.09.2013

Ermənistanı kütləvi etirazlar bürüyür -FOTOLAR

İrəvanda Ermənistanın Gömrük İttifaqına qoşulmasına etiraz əlaməti olaraq əhali aksiya keçirir.

ANS PRESS-in Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Prezident Administrasiyasının binası qarşısında keçirilən aksiyada etirzçıların sayı durmadan artır.

Məlumatda bildirilir ki, İrəvanın polis rəisi Aşot Karapetyanın rəhbərliyi altında toplaşan polislərin çoxluğu da aksiyanı daha ixdihamlı göstərir.

Toplaşan kütlənin çoxu aksiyalara facebook elanından sonra qoşulub. Onlar ölkələrinin Gömrük İttifaqına üzvlüyünə birmənalı şəkildə etiraz edirlər. Bəzi iştirakçılar darvazalara yaxınlaşmağa cəhd etsələr də polis onları saxlayıb.

9 aksiyaçının saxlanıldığı xəbər verilir. Onların arasında qadınların da olduğu xəbər verilir.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->