Xəbər lenti

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür
Ölkə 09:00 11.10.2022

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür

Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan iki il ötür.

11 oktyabr 2020-ci il tarixində saat 02:00 radələrində Ermənistan Silahlı Qüvvələri Gəncədə daha bir terror törədiblər.


Hərbi əməliyyatlar zonasından xeyli kənarda yerləşən Gəncə, Ermənistan ərazisindən "Skad-B” Taktiki Əməliyyat Raket Kompleksindən atılan taktiki ballistik raketlərlə yenidən atəşə tutulub. Nəticədə "Qələbə parkı”nın ətrafında yerləşən yaşayış binaları dağılıb, 5-i qadın olmaqla 10 nəfər həlak olub, 6-sı uşaq, 16-sı qadın olmaqla 35 nəfər yaralanıb.

Qeyd edək ki, İkinci Qarabağ müharibəsi dövründə Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə 5 dəfə (4, 5, 8, 11, 17 oktyabrda) raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Xatırladaq ki, İkinci Qarabağ müharibəsində ümumilikdə Ermənistanın hərbi təcavüzü nəticəsində 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 mülki vətəndaş yaralanıb, ümumilikdə 12 292 yaşayış və qeyri yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı aşkar edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->