Xəbər lenti

Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatəti rədd edildi
Siyasət 11:29 08.12.2021

Ermənistanın Hərbi Qənimətlər Parkı ilə bağlı vəsatəti rədd edildi

"Ermənistan son aylarda bəzi ölkələrin parlamentində ermənipərəst deputatların vasitəsilə Bakı şəhərində açılmış Hərbi Qənimətlər Parkının erməni millətinə qarşı etnik nifrətin təzahürü olduğunu bildirmişdi”.

Qaynarinfo xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Elnur Məmmədov Ermənistanın Azərbaycana qarşı iddiasının təmin olunmaması ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

"Ermənistan hətta müxtəlif səviyyələrdə, müxtəlif qərəzli bəyanatlara nail olmuşdu. Lakin Azərbaycan bu məsələyə sırf hüquqi prizmadan yanaşıb. Məhkəmədə parkın mahiyyəti, məqsədi ətraflı izah edilib. Nəticədə məhkəmə Ermənistanın vəsatətini rədd edib. Məhkəmə Azərbaycana ümumi şəkildə irqi ayrı-seçkiliyin qarşısının alınması üçün konvensiya üzrə öhdəliklərini qeyd edib. Bununla da Ermənistanın məhkəmədə almağa çalışdığı və məhz siyasi xal qazanmağa hədəfləmiş vəsatəti də uğursuzluğa uğrayıb”, - o deyib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->