Ölkə 11:11 24.10.2020

Ermənistanın müharibə cinayətləri davam edir: 16 yaşlı yeniyetmə həlak oldu

"Ermənistanın xüsusilə uşaqlara, mülki vətəndaşlara qarşı müharibəsi davam edir”.

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün tvitter səhifəsində yazıb.

"Azərbaycanın Tərtər şəhərinə gələn "Smerç” raket hücumu nəticəsində 16 yaşlı yeniyetmə İsmayılzadə Orxan evlərinin bağçasında öldürülüb. Orxan xurma yığırdı, çünki indi mövsüm dövrüdür”, - o qeyd edib.