Xəbər lenti

Ermənistanın səhiyyə naziri istefa verdi
Dünya 14:04 18.01.2021

Ermənistanın səhiyyə naziri istefa verdi

Ermənistanın səhiyyə naziri Arsen Torosyan istefa verib.

Qaynarinfo TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

"Səhiyyə naziri Arsen Torosyan istefa ərizəsi yazıb”, - deyə Nazirlər Kabinetinin məlumatında qeyd olunub.

Ermənistan mətbuatının yazdığına görə, A. Torosyan Eduard Ağacanyanın yerinə hökumət aparatının rəhbəri təyin ediləcək və onun yerinə "Mənim Addımım” blokundan millət vəkili Narek Zeynalyan təyin olunacaq.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->