Ermənistanın yenidən gərginlik yaratması nəyə hesablanıb? (ŞƏRH)

Ermənistanın yenidən gərginlik yaratması nəyə hesablanıb? (ŞƏRH)

"Ermənistan Tovuzda istəyinə nail ola bilmədi”.

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Ramin Hacılı Ermənistanın yenidən Azərbaycanla dövlət sərhədində və cəbhənin Qarabağ istiqamətində qoşunların təmas xəttində gərginlik yaratmasının nəyə hesablanmasını şərh edərkən deyib.

Ramin Hacılı qeyd edib ki, Ermənistan dövlətinə havadarları tərəfindən xüsusi tapşırıq verilib:



"Qafqazda baş verən  yük daşımalar - "İpək yolu”, "Tap”, "Tanap”, "Bakı-Tbilisi-Ceyhan”, "Bakı-Supsa” və s. bu kimi layihələr təbii ki, Qafqazın müstəqilləşməsinə, Gürcüstanın və Azərbaycanın Avropa ilə bağlanmasına, o cümlədən Orta Asiya və Çinə çıxmasına gəririb çıxarır. Bu layihələrin qarşısını almaq və Qafqazlarda öz hegemonluğunu saxlamaq üçün Rusiya Ermənistana Tovuz hadisələri ilə bağlı tapşırıq vermişdi. Lakin göründüyü kimi, Ermənistan dövləti Tovuzda istəklərinə nail ola bilmədilər. Xüsusən də Qərbin Türkiyənin, Ukraynanın, Pakistanın, Azərbaycanın yanında olmasını bəyan etməsi və bu istiqamətdə dəstəyinin olması Azərbaycan xalqının və dünyada yaşayan azərbaycanlıların Qarabağ məsələsində Ermənistan-Azərbaycan konfliktində güzəştsiz mövqe tutması, dövlətinin, ordusunun yanında olması artıq Ermənistanı iki, Rusiyanı isə üç dəfə düşünməyə məcbur elədi. Bu sadaladığım hallardan sonra Ermənistan dövləti geri çəkilmək məcburiyyətində qaldı.  Amma bu planın baş tutmaması onları həddən artıq narahat edir. Yəni, ən birinci narahat edən  səbəblərdən yuxarıda qeyd elədiyim kimi, Qafqazdakı nəqliyyat dəhlizləri və Avropanın enerji  təhlükəsizliyi istiqamətində Azərbaycanın addımlarıdır”.

Ramin Hacılı bildirib ki, ikinci məsələ isə Paşinyan hökümətinin hakimiyyətə gəlməmişdən öncə verdiyi vədlərdir:

"Onlar belə deyir ki, Lələ-Təpə istiqamətində itirmiş olduqları torpaqların qisasını alacağıq. Paşinyan bu vədləri verib ölkə başçısı olub, hakimiyyətə gəlib. Onun hakimiyyətə gəlməsindən iki ildən çox vaxt keçib. Ona görə də məcburdur ki, bu istiqamətdə addımlar atsın və ən azı bir naliyyət qazanıb xalqın gözündə nifuzunu qaldırsın”.
 
Bahar Rüstəmli
  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR