Dünya 17:00 15.11.2019

Əsəd: “Suriyada federallaşmadan danışmağa haqqı çatan bir xalq varsa...”

Suriyanın şimal-şərqində kürdlərdən daha çox ərəb var, buna görə onların bölgədə əksəriyyət təşkil etmələri haqda danışmaq olmaz. 

Qaynarinfo kp.ru-ya istinadla xəbər verir ki, bu açıqlama ilə Suriya Prezidenti Bəşər Əsəd çıxış edib.

O, kürdlərin Suriya ərazisində on illər boyu "problemsiz” yaşadığını, lakin radikal siyasi qrupların separatçı fikirlər irəli sürməyə başladıqlarını vurğulayıb:
"Bəzi fikirlər federallaşma və muxtar kürd idarəçiliyi ilə əlaqədardır. Dediyim kimi, Suriyanın şimal-şərqi ərəb bölgəsidir. Federallaşma haqda danışmağa haqqı çatan bir xalq varsa, o da elə ərəblərdir, çünki ərəblər orada mütləq çoxluq təşkil edir”.

Əsədin sözlərinə görə, Suriyadakı vəziyyət Türkiyənin cənub-şərqində və İraqın şimalında baş verənlərdən çox fərqlidir.

Qeyd edək ki, bir müddət əvvəl Rusiya kürdlərin Suriyanın konstitusiyasına daxil edilməsini təklif edib. Rusiyanın fikrincə, belə olacağı halda Suriyada qonşu Türkiyənin milli təhlükəsizliyini təhdid edən silahlı dəstələr qalmayacaq.

Alpər