Xəbər lenti

Siyasət 16:02 02.08.2014

Əsgər ölümlərinə qarşı aksiya etmək istədi, atası həbs olundu - FOTO

Facebookda əsgər ölümləri ilə bağlı aksiya məqsədi ilə event yaradan gəncin atası həbs olunub. 

Rulsan Nəsirli adlı AXCP üzvü Facebook-da "Ali Baş Komandan xalqa cavab ver!" adlı event yaradaraq avqustun 3-də saat 13-də Fəvvarələr Meydanında etiraz aksiyasınin təşkil olunmasını təklif edib. 

Bundan sonra onun atası, Şamil Nəsirov avqustun 2-də səhər saatlarında həbs olunaraq Salyandakı evindən paytaxta Baş Polis İdarəsinə gətirilib. Belə ki, polis Ruslan Nəsirlinin özünü axtarıb tapa bilmədiyindən atasını həbs edib. Hazırda Şamil Nəsirlinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparıldığı bildirilir. Şamil Nəsirovun taleyi ilə bağlı ailə üzvlərinə heç bir məlumat verilmir və yaxınları onun girov götürüldüyünü hesab edirlər. 

Ruslan Nəsirli Bakıda kirayədə yaşayır. Onun özü ilə də əlaqə saxlaya bilmədik. Onun barəsində Meydan TV-yə məlumat verən dostları Ruslanın həbs olunmaqdan ehtiyat etdiyini bildirirlər. 

Yaradılan eventdə cəbhədə son günlər yaranmış gərginliklə bağlı Azərbaycan Ordusunun ciddi itki verməsinə etiraz olaraq əsgər ölümlərinə son qoyulması tələbi ilə aksiya keçirmək təklif olunur. Eventin linki burda. 

Qaynar.info

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?