Estoniyada ABŞ-ın Avropada son 25 ildə keçirdiyi ən böyük təlim başladı

Estoniyada ABŞ-ın Avropada son 25 ildə keçirdiyi ən böyük təlim başladı

Son 25 ildə Avropada ABŞ rəhbərliyində ən böyük Defender Europe-21 təlimlərindən biri olan Swift Response təlimləri Estoniyada start götürüb.
 
Qaynarinfo xəbər verir ki, bu barədə Estoniya Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb.

Press-relizə əsasən, ABŞ Ordusunun 41-ci Sahə Topçu Briqadasının MLRS çoxsaylı raket sistemlərindən döyüş atışları Müdafiə Qüvvələrinin mərkəzi poliqonunda baş verəcək. Beş qurğu ondan çox raket atacaq.

Təlimin mayın 14-dək davam edəcəyi gözlənilir.

7 may cümə günü ABŞ-ın 82-ci Hava-desant Bölməsi Yarva əyalətindəki Nurmsi aerodromuna enəcək. Məlumatda ağır hərbi texnika və avadanlığının paraşütlə atılacağı deyilir.

Hərbi qüvvələr gerçəkliyə mümkün qədər yaxın şərtlərdə enmə texnikasını hazırlamalı olacaq.

Bu təlimlərdə Estoniya, ABŞ və Böyük Britaniyadan təxminən 2500 hərbi personal iştirak edəcək.

Defender Europe təlimləri 16 Avropa ölkəsində keçiriləcək, təlimlərə ümumilikdə 28 min əsgər cəlb ediləcək.
 
Alpər
X
XƏBƏRLƏR
BLOGLAR