Bu gün səhər saatlarında dünyasını dəyişən Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədov Bakının Fatmayı qəbiristanlığında torpağa tapşırılıb.
Qaynarinfo modern.az-a istinadən xəbər verir ki, dəfn mərasimində Etimad Əsədovun döyüş yoldaşları, dostları, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov, Klassik Xalq Cəbhəsi Partiyasının lideri Mirmahmud Mirəlioğlu və digərləri iştirak edib.
E.Əsədov bir neçə müddət idi ki, ağ ciyər xərçəngindən əziyyət çəkirdi.
Şərhlər