Bakıda fəaliyyət göstərən "Eurohome” inşaat malları bazarında və "Paly House” mağazasında oğlurluq hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, "Eurohome”dakı mağazaların birindən 5000 manatlıq kabel, "Play House” mağazasından isə 1400 manat pul oğurlanıb. Hadisə barədə hüquq-mühafizə orqanlarına müraciət edilib. Əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxslər saxlanlıb.
Saxlanılan Azər və Mahir adlı şəxslər törtədikləri əməlləri etiraf ediblər. Həmçinin məlum olub ki, onlar İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə də ziyan vurublar. Adıçəkilən şəxslər kanalizasiya lyukunu oğurlayaraq satıblar. Nəticədə xidmətə 244,80 manat ziyan dəyib.
Hər iki şəxsə Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ittiham irəli sürülüb. Həmçinin barələrində başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işinə Nərimanov Rayon Məhkəməsində baxılıb. Hər iki şəxs məhkəmə zamanı verilmiş ittiham üzrə özünü təqsirli bilib.
Məhkəmənin hökmü ilə Azərə 2 il, Mahirə isə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Seyid
Şərhlər