Əri tərəfindən işgəncələrə məruz qalan, 3 uşağı ilə evdən qaçan, tapılandan sonra sığınacağa yerləşdirilən ana yanvarın 24-də ekspertizadan keçirilib.
Bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib. Onun sözlərinə görə, Xızı Rayon Polis Şöbəsində bununla bağlı təhqiqata başlanılıb:
"Əri ona işgəncə verdiyini etiraf edib. Xızı Rayon Polis Şöbəsi bununla bağlı təhqiqata başlayıb. Əfsanənin izahatları alınıb. O, dünən ekspertizadan keçirilib".
Kamalə Ağazadə qeyd edib ki, Əfsanə İsayeva ilə bağlı artıq müzakirə yekunlaşıb:
"Kişi arvadı ilə başrışmaq istədiyini bildirib. Qadın isə bunun mümkinsüz olduğunu deyib. Əksinə, Əfsanə ona yaşatdıqlarına görə, ərinin bir başa məsuliyyətə cəlb olunmasını istəyib. Üstəlik 3 uşağa aliment verilməsini tələb edib. Biz də birlik olaraq bu məsələdə ona hüquqi yardım edəcəyik".
Qeyd edək ki, bir neçə gün öncə Xızı rayonunda ana və 3 övladı itkin düşmüşdü. 1993-cü il təvəllüdlü İsayeva Əfsanə Cəmil qızı 17.01.2020-ci il tarixində günorta saatlarında 9 yaşlı qızı Nurcanı, 8 yaşlı oğlu Nurlanı və 1 yaşlı oğlu Sərxan İsayevi götürərək yaşadıqları fermadan çıxaraq naməlum istiqamətdə gedərək, geri qayıtmamışdı.
Bahar Rüstəmli
Şərhlər