Xəbər lenti

Evin mülkiyyətçisi təqaüdçü olduğu halda torpaq vergisi necə hesablanır?
Ekonomiks 21:06 10.08.2019

Evin mülkiyyətçisi təqaüdçü olduğu halda torpaq vergisi necə hesablanır?

Həyət evinin mülkiyyətçisi təqaüdçü və əmək veteranıdırsa, torpaq vergisi necə hesablanır və bu qrup şəxslərə güzəşt ola bilərmi?

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən bildirilib ki, Bakı şəhərində yerləşən həyətyanı torpaq sahəsinin hər 100 kvadratmetrinə görə Vergi Məcəlləsinin 206.3-cü maddəsinə əsasən 10 min kvadratmetrədək olduqda 0,6 manat, 10 min kvadratmetrdən yuxarı olan hissə üçün 1,2 manat torpaq vergisi hesablanır.

Bundan əlavə, tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq vergisi tutulur.

Torpaq vergisinin hesablanması zamanı güzəşt Vergi Məcəlləsinin 102.2-ci maddəsində göstərilən şəxslərin mülkiyyətində olan torpaqlara görə 10 manat məbləğində nəzərdə tutulub. Təqaüdçü və əmək veteranı olan şəxslər isə sözügedən maddədə qeyd edilmədiyi üçün onlara güzəşt şamil olunmur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->