"Neft dünya bazarında ucuzlaşdıqca Rusiyada iqtisadi böhran dərinləşdikcə bu proses davam edəcək". Bu sözləri axar.az-a açıqlamasında iqdisadçı Qadir İbrahimli Azərbaycanda həyətyanı torpaq sahələri və evlərin qiymətinin ucuzlaşması haqda danışarkən deyib.
Ekspertin sözlərinə görə, burada iki başlıca amil var: “Birincisi odur ki, Rusiyadan Azərbaycana pul köçürülməsi azalıb. Daşınmaz əmlak bazarına Rusiyadan hər il təxminən ayrı-ayrı fərdlər tərəfindən 5-6 milyard yatırım olunurdu. İkinci amil isə Azərbaycanda dövlət sifarişlərinin bəzilərinin dayandırılmasıdır. Bu amillər də daşınmaz əmlak bazarında müəyyən ucuzlaşma meyllərinin yaranmasına səbəb olub.
Q.İbrahimli bu tendensiyanı normal adlandırıb: "Təbii ki, bazarda sürətlə tələbin azalması prosesi gedir. Əgər tələbin azalması prosesi gedirsə və təklif də sabit qalıbsa, demək avtomatik olaraq qiymət ucuzlaşmalıdır. Bu, indiki vəziyyət üçün təbii və normal tendensiyadır".
Qaynar.info
Şərhlər